Londonda təqdimat mərasimi olub
Tarix: 22.07.2016 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib

Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Har Hazeitim” adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə komitənin təqdimat mərasimi keçirilib.
Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi qəbiristanlığı hesab olunan “Har Hazeitim”in Mühafizəsi üzrə Beynəlxalq Komitənin tərkibində təsis edilən bu qurumun təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, parlamentin üzvü Metyu Offord, Qüds şəhəri merinin birinci müavini Ravvi Yosef Doyç, Yuqoslaviya kral ailəsinin üzvü, taxt-tacın varisinin həyat yoldaşı şahzadə Katerin, yəhudi icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri də tədbirə qatılıblar. Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı vurğulanıb. Səfir T.Tağızadə Azərbaycanda mədəni müxtəlifliyin tarixi, fərqli dini və etnik icmaların ahəngdar birgəyaşayışı haqqında məlumat verib. O, Azərbaycanda yəhudi icmasının əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Azərbaycanın antisemitizmin heç bir təzahürünə rast gəlinməyən nadir ölkələrdən olduğunu qeyd edən səfir multikultural yaşayış tərzinin dövlət tərəfindən dəstəkləndiyini, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini vurğulayıb. Diplomat tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyini söyləyib, Fondun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrdən bəhs edib. Səfir, həmçinin Heydər Əliyev Fondunun multikulturalizm, mədəni irsin mühafizəsi və dini dözümlülük sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info