“Ermənistanın dövlət strukturları iflic vəziyyətindədirlər”
Tarix: 22.07.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


“Ermənistanın peşəkarlıqdan uzaq dövlət strukturları qarışıq və iflic vəziyyətindədir». Bu fikirlər erməni mətbuatının etirafı kimi də başa düşülə bilər. Belə ki, ölkədə dərc edilən «Qraparak» qəzetinin redaksiya sütununda verilmiş məqalədə bu gün Ermənistan əhalisinin bütünlüklə analitikə çevrildiyi bəyan edilir:
«Ölkədə ixtisasından asılı olmayaraq, bütün sənət sahibləri - hüquqşünasından tutmuş, psixoloquna qədər hamı məsləhət vermək, müraciət və təkliflər irəli sürməklə məşğuldur. Məsələnin əsas mahiyyəti isə dövlətin acizliyindən yararlanaraq İrəvandakı post-patrul xidmətinin binasını əlində saxlayan bir qrup silahlı yaraqlıdan necə azad etməklə bağlıdır. Yaranmış vəziyyətdə məsləhət verməyənlər daha çox mübarizəyə çağırış edərək, onlara qoşulmayanları qorxaqlıqda ittiham edirlər.
Artıq İrəvanda xaos və qarışıqlıq hakim olmağa başlayıb. Görünənsə budur ki, öz sahələrində peşəkar olmayan Ermənistanın dövlət strukturları artıq özlərini itirərək iflic vəziyyətinə düşməkdədirlər. Onlar kiçik bir silahlı qrupla güzəşt olmayacaqlarını bəyan etsələr də, məsələnin zorla həllindən də qorxurlar. Baş verənlərin nə vaxta qədər davam edəcəyi də hələ ki, sual altındadır.
Artıq Ermənistanda anarxiyanın əlamətləri müşahidə edilməkdədir. Bunu son həftə ərzində İrəvanda nümayişçilərin dağıdılması zamanı 136 nəfərin həbs edilməsi də təsdiq edir.

Ermənistanda elektrik enerjisi istehsalının həcmi 4,9 faiz azalıb
Ermənistandakı ictimai-siyasi qarışıqlıqdan əlavə, ölkədə iqtisadi geriləmə güclənib. Ermənistanın “Joxovurd” nəşri ölkənin Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsaslanaraq, bu ilin ilk yarısında ölkədə istehsal edilən elektrik enerjisinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azaldığı barədə məlumat yayıb. Ölkə sənayesinin bərbad vəziyyətdə olduğunu bəyan edən nəşr rəsmi statistikanın ölkədəki iqtisadi artımın 4,8 faiz artdığı barədə deyilənlərə də şübhə ilə yanaşır. Qeyd edək ki, rəsmi dövlət mənbələri Ermənistanda bu ilin birinci yarısında tikinti işlərinin həcminin 7,8 faiz azaldığını da etiraf etmək məcburiyyətində qalıb.

Erməni valideynlər oğullarının öz zabiti tərəfindən güllələndiyinə əmindirlər

Bu ilin iyununda Qarabağda yaralanan 20 yaşlı Albert Dallakyanın valideynləri övladlarının qarşı tərəfdən atılan güllə yarası almasına şübhə ilə yanaşırlar. Albertin atası Ararat Dallakyanın sözlərinə görə, «əvvəllər bizi Albertin qarşı tərəfdən atılan gülləyə tuş gəldiyini inandırmağa çalışsalar da, sonra da bunun Albertin öz zabiti tərəfindən törədildiyi etiraf edildi». Qeyd edək ki, səbəb kimi də zabitin yanlışlığa yol verdiyi göstərilib.
Hazırda hərbi hospitalların birində müalicə alan Albert Dallakyanın vəziyyəti isə ağır olaraq qalır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info