ABŞ-ın həftəlik neft ehtiyatları 2,3 milyon barel azalıb
Tarix: 22.07.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın həftəlik neft ehtiyatları 2,3 milyon barel azalıb. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatda deyilir.
Ötən həftə ABŞ-da ticarət məqsədli xam neft ehtiyatlarının əvvəlki həftəyə görə 2,3 milyon barel (0,4 faiz) azalaraq 519,5 milyon barelə düşüb. Bazar proqnozları isə ehtiyatların 2,1 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftədə isə ABŞ-ın xam neft ehtiyatları 2,5 milyon barel geriləmişdi. Ölkədəki strateji neft anbarlarının ehtiyatı dəyişməyərək qeyd edilən həftədə 695,1 milyon barrel olub. Həmin dövrdə ABŞ-ın xam neft istehsalı isə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 9 min barel artaraq 8,49 milyon barrelə çatıb. Ölkənin xam neft idxalı ötən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 293 min barrel artaraq 8,13 milyon barrel olub. ABŞ-ın həftəlik xam neft ehtiyatlarının azalmasının bazar proqnozlarından çox olması qlobal bazarlarda neftin qiymətinin bahalaşmasına təsir edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info