Azərbaycan növbəti İFTM Top Resa beynəlxalq turizm sərgisində iştirak edəcək
Tarix: 22.07.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


SNAV-ın Bakı toplantısı çərçivəsində imzalanan anlaşma memorandumundan sonra fransız mətbuatı Azərbaycan turizmi istiqamətində təşviqatı davam etdirir.
Turizm sahəsində ixtisaslaşmış mötəbər http://www.tourmag.com saytı mədəniyyət və turizm naziri Əbulfəs Qarayevlə müsahibəni dərc edib.
Məqalədə turizmin inkişaf etdirilməsinin hökumətin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq fransız turistlərinin ölkəyə cəlb edilməsi üçün proqramların hazırlanmasından söhbət açılıb. Müsahibədə nazir, Azərbaycan ilə Fransa arasında yüksək səviyyəli münasibətlərdən, bu ölkənin turizm sahəsini təmsil edən nümayəndə heyətinin Bakıya dəvət edilməsindən və onlarla birlikdə turizm sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunmasından danışıb.
Məqalədə Fransa Turizm Nazirliyinin dəstəyi ilə əməkdaşlığın ilk növbədə şəhərlər, muzeylər, xüsusilə də Luvr muzeyi səviyyəsində başlandığı, hər iki ölkənin turizm nazirlərinin qarşılıqlı səfərləri qeyd olunur. Nazir iki ölkə arasında turizm sahəsində nəticələrin hələ istənilən səviyyədə olmamasını, ancaq bununla belə bu istiqamətdə fəaliyyətin daha da inkişaf etdirilməsinə səy göstərildiyini diqqətə çatdırıb.
Viza məsələsinin sadələşdirildiyini bildirən nazir Fransanın “Entreprises de voyage” turizm müəssisələrini təmsil edən Rişar Subyel ilə imzaladıqları memorandumun əhəmiyyətini vurğulayıb. Onun vasitəsilə turizm sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyini, müxtəlif turizm agentlikləri ilə mübadilələrin asanlaşacağını bildirib. Azərbaycanın Fransanın turizm sahəsindəki mütəxəssislərinə ehtiyacı olduğu, ölkəmizin növbəti İFTM Top Resa turizm sərgisində iştirak edəcəyini qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info