Nadir Sultanlı:“700 balı BANM-ə görə toplamışam “
Tarix: 22.07.2016 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


İyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayan Sultanlı Nadir Faiq oğlu Bakı şəhəri “Ankara məktəbi” məktəb- liseyini bitirib. 7-cı sinfə qədər Heydər Əliyev adına liseydə təhsil alıb. Orta məktəb illərində yaxşı oxuyub, əlaçı olub. Sonuncu sınaq imtahanlarında 680-690 bal toplayan Nadir Sultanlı qəbul imtahanında da yüksək nəticə əldə edib.
-Nadir, niyə birinci qrup ixtisasları üzrə hazırlaşmışdın?
-Texniki fənlərə marağım böyük olduğu üçün həmişə bu qrup üzrə olan fənləri yaxşı oxuyurdum. Düşünürdüm ki, mən bu sahələrdə uğur qazanacam. Düzdür, ailəm mənim başqa istiqamətə, digər ixtisas qruplarına marağımın olmasını, xüsusən maliyyə, bank işi kimi ixtisaslara meylləndirmək istəyirdi. Lakin mən 10-cu sinifdə oxuyandan artıq BANM-də təhsil almaq haqqında fikrimi dəqiqləşdirdim.
-Bəs bu yüksək balı topladığını biləndə hansı hissləri keçirdin?
-İmtahandan çıxanda təxminən bilirdim ki, 700 balı toplamışam. Amma cavabları köçürəndə səhv də edə bilərdim, hər şey ola bilərdi. Tam 700 bal topladığımı dəqiq öyrənəndə çox sevindim. Xəbəri mənə atam verdi. Həmin vaxt dostlarımla bir yerdə idim, onlar da mənim uğuruma sevindilər. Valideynlərimi sevindirmək və daha yaxşı nəticə göstərməyim mənim üçün vacib idi, ona görə də çox sevindim.
-Bildirmisən ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirsən...
-Bəli, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm. 700 balı BANM-ə görə toplamışam.
-Bəs özünü gələcəkdə kimya mühəndisi kimi görürsənmi? Səncə, bunu bacaracaqsan?
-Bəli, məncə, bunu bacararam, çünki bu sahəyə meylim çoxdur. Mənim nənəm də kimya üzrə mütəxəssisdir, onun da mənim bu sahəni sevməyimdə rolu var. Seçdiyin peşəni sevmək, işini sevə-sevə bacarmaq, fikrimcə, daha yaxşıdır. Düşünürəm ki, bu ali məktəbdə uğur qazana biləcəm. Əminəm ki, mən BANM-in uğurlu və nailiyyətli tələbələrindən biri olacam.

Nigar






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info