Şahbuzda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib
Tarix: 22.07.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək, muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da qadınların yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib. N.Quliyev qeyd edib ki, rayonda yaşayan qadınların çoxu dövlət qulluğunda, özünüidarəetmə orqanlarında fəaliyyət göstərir. Sözsüz ki, ictimaiyyətçi və vəzifəli qadınlarla yanaşı, istedadlı qadınlar da çoxdur. Onların üzə çıxarılması istiqamətində müəyyən tədbirlər görülür. Elə bunun nəticəsidir ki, həmin qadınlar əl işləri, sənət nümunələri ilə muxtar respublikada keçirilən müxtəlif istiqamətli tədbirlərdə fərqlənirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bu mənada, xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumların qarşılıqlı fəaliyyəti həyata keçirilir. Qadınların, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur.
Vurğulanıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Şahbuz rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd bu rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır. Həmçinin yüz illərdən bəri ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin həyat tərzimizi yaşatmaqdır.
İstedadlı qadınlardan Turanə Baxşəliyeva çıxışında deyib: “Muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından mən də yararlanmağa çalışıram. Hazırda Şahbuz şəhərindəki uşaq bağçasında işləyirəm. Asudə vaxtlarımda müxtəlif məmulatlardan al-əlvan güllər hazırlayır, onları sərgilərə çıxarıram. Burada da təşkil olunan sərgi-satışda hazırladığım dekorativ iş – üzərlik toxuma, kətan üzərində muncuqla iş, müxtəlif güllər, bəzək əşyalarım sərgilənir”.
Sərgi-satışda rayon üzrə 65 istedadlı qadının 500-dən çox rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı qadınlardan Elnarə Qəmbərova, Reyhanə Rəhimova və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgi-satış 3 gün davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info