Göyçayda sel sularının fəsadları aradan qaldırılıb
Tarix: 22.07.2016 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Göyçayın Qaraməryəm və Aşağı Qaraməryəm kəndlərində fəsadlara səbəb olmuşdu. Kəndlərdə infrastrukturun bərpası üçün görülən tədbirlər artıq başa çatdırılıb.
Təbii fəlakət zamanı yaşayış məntəqələrindən keçən Dəvəbatan çayı və digər xırda dağ çayları üzərindəki körpülər əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Körpülərin açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, güclü selin vurduğu ziyanın aradan qaldırılması məqsədilə əməli tədbirlər görülüb. Kəndlərdə iki avtomobil körpüsü yenidən tikilib, sel sularının yararsız hala saldığı elektrik dirəkləri, qırılan naqillər dəyişdirilib. Yaşayış məntəqələrinin sağ və sol hissələrini birləşdirən, yeni istifadəyə verilən avtomobil körpüsünün uzunluğu 12, eni 6 metrdir. Həmçinin sel zamanı sıradan çıxmış yeraltı su borularının əvəzinə 7 dəmir boru salınıb, dağılan kəndarası yollar bərpa edilib. Su arxının lildən təmizlənməsi nəticəsində İnçə, Alxasava və Dövranlı kəndlərində əkin sahələrinin suvarılmasındakı çətinliklər aradan qaldırılıb.
Tədbirdə “Azəravtoyol” ASC-nin sədr müavini Hüsni Quliyev çıxış edərək Göyçayda selin fəsadlarının aradan qaldırılması və əhalinin sosial problemlərinin həlli münasibətilə sakinləri təbrik edib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info