Tarix İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi fəaliyyətə başladı
Tarix: 23.07.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 13 iyul tarixli iclasının qərarına əsasən İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Elmi Şurada yeni şöbənin tərkibi təsdiq olunub və vəzifələri müəyyənləşdirilib. İnstitut üzrə verilmiş müvafiq əmrə əsasən, institutun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov yeni şöbəyə rəhbərlik edəcək. Qərara alınıb ki, Tarix İnstitutundakı yeniliklər və görülən bütün işlər bu şöbə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Tarix İnstitutu ilə KİV arasında əlaqələndirici olacaq bu şöbə mətbuat ilə əməkdaşlığı həyata keçirəcək. İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması Tarix İnstitutunda mətbuat xidmətinin imkanlarının genişlənməsinə, KİV ilə əməkdaşlığın daha da inkişafına imkan yaradacaqdır. Bu şöbə televiziyalar, qəzetlər, informasiya agentlikləri, xəbər saytları və digər mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, Tarix İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info