Almaniya Trampın qələbə qazanmasından ehtiyat edir
Tarix: 23.07.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Almaniyanın iqtisadi və siyasi elitası indi artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmuş Donald Trampa kəskin mənfi münasibət bəsləyir. Bunu Allensbax İctimai Rəyi Öyrənmə İnstitutunun iri şirkət direktorları, habelə federal və əyalət nazirlik və idarə rəhbərləri arasında apardığı sorğu da təsdiq edir.
Rəyi soruşulanların 76 faizi hesab edir ki, Donald Tramp seçiləcəyi təqdirdə Almaniya-ABŞ münasibətlərinə ziyan dəyəcək. “DW” agentliyinin verdiyi xəbərə görə, hələlik sosioloji sorğuların çoxu göstərir ki, ABŞ-ın növbəti prezidenti Donald Tramp deyil, Hillari Klinton olacaq. Hər halda sosioloqlar Böyük Britaniyanın Aİ-dən çıxması haqqında referendumdan əvvəl də Avropa İttifaqı tərəfdarlarının qalib gələcəyini proqnozlaşdırmışdılar, amma onlar uduzmuşdular. “Brexit” qərarı Almaniyanın işgüzar dairələrini şok vəziyyətinə saldı. İndi onlar ehtiyat edirlər ki, bir neçə ay sonra onları növbəti şok - Trampın qələbəsi gözləyir. Münhendə yerləşən “BayernLB” Bankının iqtisadçısı Kristina fon Berq “FAZ” qəzetinə müsahibəsində deyib: “Trampın iqtisadi siyasət sahəsində planları ABŞ-dakı konyunkturanı xeyli zəiflədə bilər”. Bu isə Almaniya biznesinə ciddi zərbə vura bilər. Əvvələn, Amerika iqtisadiyyatı dünyanın ən iri iqtisadiyyatıdır və dünya iqtisadiyyatının artım sürəti xeyli dərəcədə ondan asılıdır. İkincisi, Birləşmiş Ştatlar 2015-ci ildən Almaniyanın ixrac yönümlü iqtisadiyyatı üçün ən mühüm satış bazarıdır. Ötən il Almaniya müəssisələri bu ölkəyə 114 milyard avroluq məhsul satıblar. Amerikalılar isə ötən il Almaniya bazarında 59 milyard avroluqdan çox mal sataraq, əhəmiyyətinə görə çinlilər, hollandiyalılar və fransalılardan sonra dördüncü xarici təchizatçı olublar. Populist milyarderin seçkiqabağı çıxışlarından qırmızı xətt kimi keçən izolyasionist və proteksionist ideyalar Almaniya biznesini daha çox narahat edir. D.Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, Amerika bazarını bu və ya digər formada Çin məhsulu üçün bağlamaq niyyətindədir. Bu isə ABŞ ilə Çin arasında irimiqyaslı ticari müharibə ilə nəticələnə bilər ki, heç şübhəsiz, bundan da Almaniya zərər çəkəcək. Çünki ÇXR Almaniyanın çox mühüm ticari tərəfdaşı və əhəmiyyətinə görə beşinci satış bazarıdır.
V.Seyidov




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info