“Rusiya ABŞ-ın istifadə etdiyi bazaya aviazərbə endirib”
Tarix: 23.07.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Rusiya Hava Kosmik Qüvvələri Suriyanın cənub-şərqində yerləşən, ABŞ və Böyük Britaniya tərəfindən də istifadə edilən Ət Tanaf bazasına aviazərbələr endirib. Pentaqon bunu Ağ Evə təzyiq kimi qiymətləndirib.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzetin mənbələrinə əsasən Britaniya və Amerikalı xüsusi təyinatlıları Ət Tanafdakı gizli bazadan Suriya müxalifəti ilə koordinasiyalı şəkildə “İŞİD”-ə qarşı istifadə edirlər. Pentaqon və ABŞ kəşfiyyatındakı mənbələr bazanın avizərbələrə məruz qalmasını rəsmi Moskvanın Obama administrasiyasına təzyiq göstərmək və Vaşinqtonu Suriya məsələsində daha sıx əməkdaşlığa sövq etmək məqsədi daşıdığıı iddia ediblər. Böyük Britaniya məsələ ilə bağlı heç bir şərh verməyib. Qeyd edilir ki, həmin vaxtı aviabazada olan 20-yə yaxın britaniyalı hərbçi aviazərbələrə 24 saat qalmış oranı tərk ediblər.
Rusiyanın Vaqintondakı səfirliyinin mətbuat katibi Yuri Melnik isə insident barədə sualların Rusiya Müdafiə Nazirliyinə yönləndirilməli olduğunu bildirib. Hələ ki Rusiya Müdafiə Nazirliyindən “The Wall Street Journal”ın sorğusuna cavab verilməyib. Qəzet qeyd edir ki, olaydan sonra ABŞ tərəfi Moskvaya apardığı əməliyyatlar barədə daha müfəssəl məlumat təqdim edib. Gərginləşmədən ehtiyat edən Dövlət Departamenti və Ağ Ev kompromisə getmək qərarına gəliblər.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info