ABŞ-da daha bir erməni fırıldağının üstü açılıb
Tarix: 23.07.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Wells Fargo” şirkətinin sabiq meneceri Albert Yaqubyan 1,29 milyon məbləğində dolların “yuyulmasında” yardımçı olduğu üçün həbs edilib. “Los Angeles Times” nəşrinin məlumatına görə, Yaqubyan Kaliforniya ştatının Qlendeyl şəhərinin iki sakini-Artaşes Darbinyan və Orbel Akopyana alacağı pay müqabilində çirkli pulların bank vasitəsilə yuyulmasında yardımçı olub.
“News.am” saytının məlumatına görə, 36 yaşlı erməni həbs edilməsinə baxmayaraq, günahkar olduğunu etiraf etmir. İstintaqın məlumatına görə, o, həmyerlilərinə uydurma bank hesabının açılmasında yardımçı olaraq fırıldaqçılıqla çirkli pulların yuyulmasını təşkil edib. 385 dollar ödəniş müqabilində fırıldaqçılar sahibkarlara müəllif hüquqlarını bildirən və müntəzəm olaraq hesabatı təqdim edilən ticarət markaları təklif ediblər. Lakin, sonradan təklif olunan xidmətlər təmin olunmayıb və vəsait sahibkarların ünvanına deyil, uydurma ünvanlara göndərilib. Fırıldaqçılar əldə etdikləri vəsaitləri qızıl alınmasına sərf ediblər. Qeyd edək ki, Darbinyan və Akopyana bundan əvvəl də saxta sxemlər fırıldağçılığı ilə məşğul olduqları üçün də həbs ediliblər. Məhkəmə prosesinin sentyabr ayında keçiriləcəyi gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info