Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək şirkətlərə qeydiyyat şəhadətnaməsi təqdim olunub
Tarix: 23.07.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Neftçala Sənaye Məhəlləsinin inzibati binasında məhəllənin mövcud və potensial rezidentləri ilə görüş keçirilib.
Tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanışlıq olub və rezidentlərin sənaye məhəlləsindəki gələcək fəaliyyətlərinə dair müzakirələr aparılıb. Tədbiri açan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonda sahibkarların təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını, dövlət başçısının sərəncamı ilə yaradılmış Neftçala Sənaye Məhəlləsinin kiçik və orta sahibkarlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək bildirib ki, hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir. Nazir müavini hazırda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının uğurla icra olunduğunu, Proqramın əsas istiqamətlərindən birinin sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yenilərinin qurulması olduğunu qeyd edib. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Ölkə sənayesinin inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan N.Səfərov Neftçala Sənaye Məhəlləsində bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, artıq sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb. Tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsinin rezidenti olan “Azevrocar” və “Sunrise production” şirkətlərinə qeydiyyat şəhadətnaməsi təqdim olunub. Mərasimdə vurğulanıb ki, növbəti sənaye məhəlləsinin Masallı rayonunda yaradılması regionun iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayacaq. Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Belə ki, sahibkarlar tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium, plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Azərbaycanda sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışıb. Tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin şöbə müdiri Murad Abdullayev Neftçala Sənaye Məhəlləsi barədə təqdimatla çıxış edib. Neftçala Sənaye Məhəlləsinin rezidentləri çıxış edərək fəaliyyət sahələri barədə məlumat verib, ölkədə sahibkarlıq mühitinin inkişafına, onlara yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra sahibkarlar Neftçala Sənaye Məhəlləsi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info