FHN əməkdaşları üçün yeni yaşayış binası istifadəyə verilib
Tarix: 23.07.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial proqramına uyğun olaraq nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından növbətisi istifadəyə verilib. Mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.
Mərasimdə çıxış edən nazir müavini Faiq Tağızadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Prezidentin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirib ki, dövlətin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək. Sonra Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək mənzil alan əməkdaşları təbrik edib, rəhbərlik etdiyi təşkilat adından ölkə başçısına təşəkkür edib. Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti, baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Prezidentə təşəkkür edib. Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binası Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info