Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur
Tarix: 23.07.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur.
Prezidentin sərəncamı ilə bu yaxınlarda dövlət büdcəsindən ayrılan vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib. Uzunluğu 7,5 kilometr olan Sahil küçəsi də yenidən qurulur. Küçə boyu səkilər salınır, bardürlər düzülür, suötürücülər quraşdırılır. Yol kənarında ağac və gül kolları əkilib, yaşıllıq salınıb, suvarma sistemi qurulub, müasir işıq dirəkləri və yeni dayanacaqlar quraşdırılıb. İstinad divarları aqlay daşla üzlənib. Hazırda küçəyə asfalt döşənir. Eni 9 metr olan Sahil küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 16 metrə çatdırılıb. Yay aylarında Novxanı çimərliyinə gələnlər bu yolun ensiz olmasından daim əziyyət çəkirdi, tez-tez qəzalar baş verirdi. İndi yolun 4 zolaqlı olması bu çətinliyi aradan qaldırıb. Yol kənarındakı qamışlıqlar ləğv edilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün iki park salınıb. Görülən işlər Novxanı-Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info