BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 25.07.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti Frederiko Ferraz Dominqos və həmin şirkətin vitse-prezidenti xanım Filomena Santos Oliveira Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və tələbələrlə görüşüblər.
Qonaqları səmimi salamlayan ali məktəbin rektoru Elmar Qasımov BANM-in tarixi, fəaliyyət istiqaməti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor Elmar Qasımov ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vacibliyindən söz açıb. Elmar Qasımov ali məktəbdə mühəndis kadrların hazırlanmasında görülən işlərdən danışaraq, bu ali təhsil ocağını ölkəmizin digər ali təhsil müəssisələrindən fərqləndirən xüsusiyyətlərdən söz açdı. O, tələbələrin həm SOCAR-ın müəssisələrində, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini diqqətə çatdırıb. Rektor BANM-in əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək onların ali məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. O, ali məktəbin öz beynəlxalq əlaqələrini daim genişləndirdiyini və beynəlxalq işgüzar əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.
Frederiko Ferraz Dominqos BANM-də olmaqdan şad olduğunu bildirərək səmimi qəbula görə rektora təşəkkür edib. O, vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının dəyişib gözəlləşdiyini və əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Frederiko Ferraz Dominqos rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Anqola daxilində, habelə digər ölkələrdə həyata keçirdiyi layihələr barədə söz açıb. O, şirkət daxilində fəaliyyət göstərən “Sonangol Academy” ilə BANM-in əlaqələrinin qurulması imkanlarından danışıb.
Qonaqlar BANM ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildiriblər.
Görüşdə tələbələrin çoxsaylı suallarını cavablandıran qonaqlar BANM-in tələbələri haqqında öz xoş fikirlərini bildiriblər.
Görüşün sonunda Frederiko Ferraz Dominqosa BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info