Naxçıvanda arıçı sahibkarlara pulsuz dərmanlar
Tarix: 12.03.2013 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Arıçılıq: mövcud vəziyyət və inkişaf strategiyası” mövzusunda birinci elmi seminar keçirilib. Universitetin müəllim və tələbələri ilə yanaşı, Türkiyənin Ərdahan Universitetinin mütəxəssis alimlərinin, muxtar respublikanın aidiyyəti olan qurumlarının, arıçı sahibkarların iştirakı ilə təşkil olunmuş seminarı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açıb.
Rektor, Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, xüsusi halallıq və zəhmət sevən sənət, əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub, bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilib, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılıb. Naxçıvan Dövlət Universiteti əməkdaşlarının arıçılıqla bağlı son elmi tədqiqatları əsasında hazırlanacaq yeni nəşr, universitetdə yaradılacaq “Arıçılıq” fənn kabinəsi gələcəkdə bu sahənin inkişafına əhəmiyyətli təsir göstərəcək. Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması, onlara qarşı mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, bu ildən etibarən arıçı sahibkarlar arı xəstəliklərinə və zərərvericilərə qarşı dərman preparatları ilə dövlət tərəfindən pulsuz təchiz olunacaq. Ərdahan Universitetinin professoru Barış Avçı Türkiyədə arıçılığın inkişafı, geniş yayılmış arı cinsləri, iqtisadi göstəricilər barədə slaydlar şəklində məlumat verib. Seminarın panel bölməsində Ərdahan Universitetinin professoru Barış Avçı “Arıçılığın iqtisadi problemləri və əhəmiyyəti”, Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının müdiri, dosent Elsevər Əsədov “Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri”, Ərdahan Universitetinin dosenti Kemal Yazıçı “Türkiyədə arıçılıq təcrübəsi”, Naxçıvan MR Arıçılar İctimai Birliyinin sədri Zakir İslamov “Bal, arı südü, çiçək tozu və propolis kimi arıçılıq məhsullarının idxalı və müalicəvi əhəmiyyəti” mövzusunda məruzələr etdilər. Növbəti gün seminar iştirakçıları Naxçıvan Dövlət Universitetində biologiyanın tədrisi üçün yaradılmış maddi-texniki baza ilə tanış olublar, Botanika bağında, Botanika, Coğrafiya, Zoologiya muzeylərində olublar. Seminar arıçılıqla məşğul olan sahibkarlarla dialoq şəklində davam edib. Ərdahan Universitetinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin tədqiqatçı alimləri muxtar respublikada geniş yayılmış arı cinslərinin bəslənməsi və artırılması, təbii-coğrafi şəraitə uyğun yeni arı cinslərinin yetişdirilməsi, arıçılıq məhsullarının kəmiyyət və keyfiyyət artımı ilə bağlı sualları cavablandırıblar. Biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov arıçılığın inkişafına dair hazırlanmış tövsiyələri seminar iştirakçılarının diqqətinə çatdırıb. Seminar iştirakçıları Naxçıvandakı nümunəvi arıçılıq təsərrüfatlarından biri ilə tanış olublar.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info