Şimali Kiprdə təhsil almaq istəyənlərə xoş xəbər
Tarix: 25.07.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


İyulun 29-da Bakıda Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin (DAÜ) təqdimat mərasimi keçiriləcək.
Bu barədə mətbuata tədbirin təşkilatçıları məlumat verib. Təşkilatçılar bildiriblər ki, tədbir zamanı müraciət edən şəxslərdən 1 nəfər ödənişsiz təhsilalma mükafatına layiq görüləcək.
Həmçinin tədbirdə Şimali Kipr Türk Respublikasının Bakı Təmsilçiliyi rəsmilərinin və Doğu Akdeniz Universitetinin məzunlarının çıxışı, Universitetin video və slayd təqdimatı baş tutacaq. Belə ki, əvvəlcədən qeyd olunan elektron ünvana (fakhri.gafarli@glion.ch) müraciətlər qəbul olunacaq və dəyərləndiriləcək. Daha sonra bunun əsasında DAÜ-də ödənişsiz təhsil almaq üçün səsverməyə 5 namizəd seçiləcək. Namizədlərin adı tədbir zamanı elan olunacaq və hər namizədə özünü təqdim etmək üçün 2-3 dəqiqə vaxt veriləcək. Bu ərəfədə zalda iştirak edən qonaqlar, tələbələr və namizədlər 5 namizəddən birini qalib seçərək, DAÜ-də ödənişsiz təhsilalma şansı qazandıracaqlar.
Təşkilatçılar müraciət etmək istəyən şəxslərə səslənərək, qaydanı belə izah ediblər:
“Ödənişsiz təhsil imkanı qazanmaq istəyirsinizsə, əlbəttə ki, elektron ünvana öz müraciətlərinizi göndərməlisiniz. Qeydiyyat iyulun 27-dək davam edir. Bundan sonra iyulun 29-da “Park Inn” hoteldə gerçəkləşəcək tədbirə həm müraciət edən şəxslər, həm də həmin şəxslərə dəstək olmaq üçün xüsusilə, məktəb, yaxud tələbə yoldaşlarınızı dəvət edə bilərsiniz. Həmin gün namizəd seçilsəniz, qalib olmaq üçün mütləq şəkildə daha çox səs toplamağa ehtiyacınız olacaq.
Təbii ki, namizəd seçilməyənləri də diqqətdən kənar saxlamamışıq. Ümumiyyətlə, bu proses bütün müraciət edən şəxslər üçün nəzərdə tutulub. Belə ki, bütün şəxslərə DAÜ-də təhsil almaq üçün 50% endirim şansı verilir.
Ən əsası isə qalib seçilən şəxs əvvəlcədən seçdiyi fakültədə tam ödənişsiz təhsil almaq üçün 2016-ci ilin sentyabrından Şimali Kiprə yollanacaq.
Müraciət üçün qəbul olunan sənədlər bunlardır:
- CV və ya tərcümeyi hal
- Fotoşəkil
- Həvəs məktubu (Haqqınızda bilməli olduqlarımız: Niyə xaricdə təhsil almaq istəyirsiniz? Gələcək planlarınız və məqsədiniz?)
- Orta məktəb attestatı (11 il) və ya diplom (bakalavr-magistr). Əgər varsa, imtahan nəticəsi (TQDK, TOEFL və s.)
Qeydiyyatdan keçmək üçün qeyd olunan sənədlər bu ünvana (fakhri.gafarli@glion.ch) iyulun 27-dək göndərilməlidir.”
Qeyd edək ki, tədbir “Park Inn by Radisson” hotelində keçiriləcək.
Əlavə məlumat üçün bura daxil ola bilərsiniz: https://www.facebook.com/events/112670149172750/
https://www.youtube.com/watch?v=lFjTTYxtIVE

Kiprdə Ödənişsiz Təhsil Şansı
UTC+05 vaxtı ilə Cümə, 29 İyul, saat 16:00
Baku, Azerbaijan şəhərində Park Inn by Radisson Baku Hotel adlı yerdə
31 nəfər qoşuldu
Interested




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info