Almaniyada daha bir terror
Tarix: 25.07.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Almaniyada növbəti terror hadisəsi baş evrib.Hadisə Ansbaxın mərkəzindəki restoranlardan birinin qarşısında baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Almaniyanın Ansbax şəhərində, "Eugens Weinstube" restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölmüş 27 yaşlı suriyalı indiyə qədər heç vaxt polisin nəzarətində olmayıb.
Partlayış iyulun 24-dən 25-nə keçən gecə, yerli vaxtla saat 23-də Ansbaxın mərkəzindəki restoranlardan birinin qarşısında baş verib. Bazar günü şəhərdə musiqili festival keçirilib və bu festivalın iştirakçıları partlayışın obyekti olub.Əvvəlcə yerli KİV xəbər verib ki, partlayışa səbəb qaz sızması olub. Sonra polis baş verən hadisənin terror aktı olduğunu bəyan edib. Bavariya polisi bəyan edib ki, partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Hazırda yaralılar xəstəxanadadır. Həkimlər onlardan 3-nün vəziyyətinin ağır olduğunu bildirirlər.Polis bildirib ki, partlayıcı qurğunu ölmüş terrorçu özü işə salıb. 
Nordbayern on-line nəşrinin məlumatına görə, ölən terrorçunun şəxsiyyəti dərhal müəyyən edilib — o, 27 yaşlı suriyalı olub."O, iki il bundan əvvəl Almaniyaya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir" — deyə Bavariyanın daxili işlər naziri İohann Herrmann bildirib.Polis terrorçunun ekstremist qruplaşmalardan birinin üzvü olduğunu istisna etmir. Lakin güc strukturlarında bu barədə məlumat yoxdur. Suriyalı terrorçunun əlbir olduğu şəxslərlə bağlı da hələlik polis hər hansı fakt əldə etməyib."Biz ona məxsus telefonu tapmışıq. Hazırda o telefon araşdırılır. Bir neçə saat ərzində telefonla bağlı məlumatlar aşkarlanacaq", — deyə Nürnberq şəhər polisinin rəis müavini Roman Fertinger bidirib. Partlayış yerində xeyli sayda partlayıcı qurğuya aid metal əşyalar aşkarlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info