Azərbaycanda vikipediyanın vəziyyət hansı səviyyədədir?
Tarix: 25.07.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Vikipediyanın Azərbaycan dil bölməsinin bu günə qədər olan vəziyyəti ilə bağlı bir sıra təkliflərim var. Bu sözləri vikipediya üzrə Ekspert Nihat Vəlizadə Azərbaycanda Vikipediyanın vəziyyəti ilə bağlı səsləndirərkən bildirib. “Əvvəlcədən qeyd edim ki, burada edilən təkliflər mənim şəxsi düşüncələrimdir və mümkündür ki, digər istifadəçi-idarəçilər bununla razılaşmaya bilərlər. Hal-hazırda Azvikidə 106.740 məqalə var. Bu rəqəm 10 milyona yaxın (sadəcə Azərbaycanda) danışanı olan bir dil üçün normal göstəricidir. Sadəcə əsas problemlərdən biri məqalələrin sistematik şəkildə çoxaldılmamasıdır. Məsələn yanvar ayında 600, fevral ayında isə 400 məqalə yaradıla bilər. Pərakəndə fəaliyyət ortaq bir göstərici əmsalının formalaşmasına imkan vermir. Redaktə sayımız 3.836.779 ədəddir ki, buda orta hesabla hər bir məqalə başına 13.80 redaktənin düşdüyünü göstərir. Redaktə sayının artırılması hər bir vikipediyada olduğu kimi Azviki üçündə 10 ildən çoxdur ki, prolitet məsələ kimi saxlanılır. 536 fəal istifadəçi, 13 idarəçimiz var. Fəal istifadəçi sayının 1000+ olması bizim üçün əla bir göstərici olardı. Kənardan baxanda vəziyyət "heç də pis" kimi görünməsədə, qeyd etmək lazımdır ki, bəzi həlli vacib məsələlər hələ də qalır. Onlarl qeyd etmək istərdim: 1) Aktiv və real töhvə verən istifadəçilərin sayını artırmaq. 2) İstifadəçilərin və zərərli İP-lərin lazımsız redaktələrinin qarşısını almaq üçün güclü patrul nəzarəti təşkil etmək. 3) İstifadəçi və idarəçilər arasında koordinasiyanın saxlanılması üçün görüşlərin təşkili. 4) Həftənin seçilmiş, yaxşı, bundan əlavə bilirsinizmi və xəbərlər bölməsinin üzərində gündəlik nəzarətin təşkili 5) Az redaktə olunan və ya ümumiyyətlə redaktə olunmayan məqalələrin təftiş edilməsi. 6) Ensiklopedik meyyarlara cavab verməyən şəxslər, yerlər və hadisələr barədə yaradılmış məqalələrin təyin olunması və silinməsi. 7) Vandal redaktələrinin qarşısının alınması və zamanında aşkar edilməsi üçün İP izlənilməsinin icrası. Hesab edirəm ki, yuxarıda göstərilən 7 punkt öz həllini tapsa bizim viki tam problemsiz bir məkan olar.” Təlimlə əlaqədar əlavə məlumatı: vikitelim@gmail.com (+994) 077 466 87 84 nömrəsi ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info