ARDNŞ Gürcüstanda iki kəndin içməli su problemini həll edib
Tarix: 12.03.2013 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Marneulidə azərbaycanlılarla görüşüb. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, ziyalılar, iş adamları, KİV və QHT rəhbərləri iştirak ediblər.
R.Abdullayev çıxışında Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində infrastrukturun inkişafına çalışdıqlarını bildirib: “Azərbaycandakı nazirliklər və bir sıra idarələr bu regionun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu gün məqsədimiz sizinlə görüşüb problemlərinizlə tanış olmaq və onların həlli yollarını təşkil etməkdir. Sizi əmin edirəm ki, sizi narahat edən hər bir problem həll olunacaq və yaşayışınızın yaxşılaşdırılması üçün lazımi işlər görüləcək”. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də çıxışında Azərbaycan hökumətinin, xüsusilə də ARDNŞ-in Gürcüstandakı soydaşlarımızın problemlərinin həlli üçün fəal çalışdıqlarını söyləyib. Sonra görüş dialoq şəklində davam edib. ARDNŞ prezidenti dövlət dili olan gürcü dilinin öyrənilməsinin vacibliyini bildirib: “Gənclərimiz bu dili öyrənməli, gələcəkdə Gürcüstanın dövlət strukturlarında çalışmalıdır. Mən Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə bu mövzuda söhbət etdim. O söz verdi ki, azərbaycanlılar müxtəlif vəzifələrə təyin olunacaqlar. İki dil bilmək iki insan olmaq deməkdir”. Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp) bölgəsinə də səfər edib. R.Abdullayev və Kaxeti bölgəsinin qubernatoru, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Saqareco Rayon İcra Hakimiyyətinin başçısı gürcülər və azərbaycanlılar yaşayan iki kənddə içməli su xəttinin açılışında iştirak edib. İlk tədbir 30 min azərbaycanlı yaşayan Yor-Muğanlı kəndində keçirilib. Bu kəndə ARDNŞ dəstəyi ilə 12 km uzunluğunda içməli su xətti çəkilib. Tədbirdə çıxış edən R.Abdullayev Yor-Muğanlı kəndinə qaz xəttinin çəkildiyini, indi də içməli su probleminin aradan qaldırıldığını bildirib: “Yor-Muğanlı kənd sakinləri Azərbaycan Prezidentinə içməli su ilə əlaqədar müraciət edərək, kəndə su çəkilməsini xahiş ediblər. Düzdür, bu bizim vəzifəmiz deyil, amma biz bölgədə yaşayan azərbaycanlıların yaşayış tərzini yaxşılaşdırmaq üçün bu problemləri aradan qaldırdıq”. Tədbirdə çıxış edən soydaşlarımız onlara göstərilən qayğı üçün Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər: “Tarix boyu bu kəndə qaz çəkilməyib, 30 ildən də çox içməli su problem olub”. Həmin gün 400 gürcü ailəsi yaşayan Badiauri kəndində də ARDNŞ-in dəstəyi ilə daha bir içməli su xətti istifadəyə verilib. Məlumata görə, bu kəndin sakinləri də Azərbaycan Prezidentinə içməli su çatışmazlığını aradan qaldırmaq və bu problemi həll etmək üçün müraciət ediblər.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info