Qadınların gözəlliyini qorumağa kömək edən bitki
Tarix: 25.07.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Adi boymadərənin (qanotunun) müalicəvi xassələri ta qədimdən məlumdur. Bu bitkinin tərkibində A, C və K vitaminləri, eləcə də karotin, tannidlər, flavonoidlər, axillein və efir birləşmələri var. “Healthvesti.com” saytı xəbər verir ki, qanotu ağrı hissini və iltihabı aradan qaldırmağa, qastrit və ya kolit halında xoranı sağaltmağa, soyuqdəymədə insana kömək edib patogen mikroorqanizmləri məhv etməyə qadirdir.
Bu bitki insan orqanizmini zəhərlərdən və tullantılardan təmizləyir, təzyiqi azaldır, venoz qan dövranını normallaşdırır, miokardın fəaliyyətini yaxşılaşdırır, baş ağrısını çəkib aparır və insana sakitləşdirici təsir göstərir. Adi boymadərən çayı sistit, yuxusuzluq, yanıq və sıyrıqlar zamanı da kara gəlir.
Qədim zamanlarda qanotundan ağciyər, mədə-bağırsaq, babasil və burun qanaxmalarını dayandırmaq üçün istifadə edirdilər.
Bu bitki qadınların gözəlliyini qorumağa kömək edir. Dərinin rəngini açmaq üçün tənzifi boymadərən həlimində isladıb yarım saat üzdə saxlamaq lazımdır. Proseduru yeddi gün təkrarlamaq gərəkdir. Bu, məsamələri daraltmağa və yağlı parıltını aradan qaldırmağa kömək edir.
Əgər gün altında yanmısınızsa, boymadərən yarpaqlarından, süd, yumurta sarısı və baldan hazırlanmış qidalandırıcı maskadan faydalana bilərsiniz. Bu cür maskadan sonra dəri nəmlənir və ağrı hissi daha sizi narahat etmir.
Saçları qısa müddətdə uzatmaq üçün yumazdan bir saat əvvəl diblərinə qanotu həlimi sürtmək, yuyulduqdan sonra həlimin qalan hissəsi ilə yaxalamaq lazımdır.
Adi boymadərəndən hazırlanmış preparatları uzun müddət istifadə etmək olmaz, çünki belə preparatlar ürəkbulanma və başgicəllənmə əmələ gətirir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Nə qədər istəyirsən ye, kökəltmir - XURMA
27.05.2019
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
25.05.2019
Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub
24.05.2019
Gözlərimizin nurunu alan qidalar
24.05.2019
Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info