Səfirlik: “Azərbaycan mediası Türkiyədəki hadisələrlə bağlı obyektiv mövqe tutub”
Tarix: 25.07.2016 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub. Şuradan verilən məlumata görə, H. Karadeniz Azərbaycan milli mətbuatının 141 illiyi ilə bağlı Türkiyə səfirliyinin təbriklərini çatdırıb.Mətbuat müşaviri Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsinin Azərbaycanın kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətlərinə diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası olaylara Türkiyə xalqının və dövlətinin mənafeləri baxımdan yanaşıb, obyektiv mövqe tutaraq öz dəstəyini əsirgəməyib.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov XXI əsrdə dövlət çevrilişi hadisəsinin hər hansı geridə qalmış məmləkət üçün xarakterikliyini vurğulayıb: “Türkiyə kimi yüksək inkişafa malik ölkədə belə hal əsla yolverilməzdir. Görünür, bunu Türkiyəyə yaraşdıranlar olub. Ancaq xalqın qətiyyəti çevrilişin həyata keçməsini əngəllədi”. Ə. Amaşov qeyd edib ki, Azərbaycanın kütləvi informasiya vasitələri bu məsələdə sadiqlik nümayiş etdiriblər: “Onlar qardaş ölkədə yaşananlara dövlətçilik prinsiplərini, ortaq dəyərlərimizi, mənafelərimizi rəhbər tutaraq yanaşdılar. Bu, son dərəcə vacibdir”.

Görüşdə Azərbaycan və Türkiyə mediaları arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi də aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info