Dini radikallığı təbliğ edən 40 kitabın ölkəyə gətirilməsi qadağan edilib
Tarix: 25.07.2016 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Kollegiya üzvləri ilə yanaşı, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak edib. 
Komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib.
 
O,  hesabat məruzəsində qeyd edib ki, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2016-cı ilin 6 ayında Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: "Ötən dövrdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.
 
M. Qurbanlı bildirib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb. 6 ayda Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub və onların 95 faizi icra edilib, digərləri icra prosesindədir.
Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb.
 Hesabat yığıncağında Dövlət Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” və  “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş 8 əməkdaşına medallar təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info