Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir
Tarix: 25.07.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun doğum günüdür. Beynəlxalq qrossmeyster yaşasaydı, 30 yaşı tamam olacaqdı. Bu münasibətlə görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib.
Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin rəsmiləri, yarış iştirakçıları, qonaqlar, hakimlər II Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət ediblər. Açılış mərasimində ilk olaraq Vüqar Həşimovun atası Qasım Həşimov danışıb. O bildirib ki, sayca üçüncü dəfə keçirilən beynəlxalq turnir ənənəvi olaraq hər il təşkil olunacaq: “Biz bu turniri hər il keçirməyə çalışacayıq. Bizə dəstək olan şəxslərə, şəxsən gənclər və idman naziri Azad Rəhimova təşəkkür edirəm. Bu turnir uşaqların şahmata olan marağını artıracaq. İnanıram ki, gələcəkdə onların arasında yığmamızın şərəfini qoruyacaq şahmatçılar çıxacaq. Vüqar həmişə uşaqlara dəstək olub. Dəfələrlə Gəncədə seans təşkil edib. Bu gün onun doğum günüdür. O, hər zaman bizimlədir. Bütün iştirakçılara, xarici ölkələrdən gələn qonaqlara təşəkkür edirəm. Şahmatçılara uğurlar arzu edirəm”. Turnirin direktoru Anar Allahverdiyev qeyd edib ki, 5 ölkədən 126 yeniyetmənin iştirak etdiyi turnir 9 turdan ibarət olacaq. Beynəlxalq turnirə avqustun 1-də yekun vurulacaq. Turnirin qalibi Vüqar Həşimov kubokunu əldə edəcək, habelə “Baku-open 2016” ənənəvi beynəlxalq turnirə vəsiqə qazanacaq. Gümüş mükafatçı “Naxçıvan-open 2017”-də iştirak etmək imkanı əldə edəcək. Uşaqlar arasında Vüqar Həşimov Memorialında digər şahmatçılar da nominasiyalar üzrə mükafatlandırılacaqlar. Turnirin baş hakimi - beynəlxalq dərəcəli arbitr Nurəli Məmmədzadədir. Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Şahmat üzrə uşaqlar arasında Vüqar Həşimov Memorialının qalibi avqustun 1-də müəyyənləşəcək.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info