Millimiz bədii gimnastika üzrə Dünya Kubokunu 1 medalla başa vurub
Tarix: 25.07.2016 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub.
İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər. Yarışın sonuncu - üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışına çıxıblar. Mötəbər yarışda topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb. Digər rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin isə 18.500 xalla bürünc medala sahib olub. Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub. Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar. Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub. Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar. Qrup hərəkətləri yarışında komandalar 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparıblar. Beş lent ilə mübarizədə İsrail komandası 18.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya kollektivi 18.350 xalla ikinci, İspaniya millisi isə 18.250 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan yığması 18.100 xalla yarışı beşinci pillədə başa vurub. Üç gürz və 2 halqa ilə qrup yarışlarında Rusiya komandası 19.000 xalla qızıl medala sahib olub. İtaliya komandası 18.500 xalla gümüş, İspaniya yığması isə 18.300 xalla bürünc medal qazanıblar. Azərbaycan komandası 17.750 xalla beşinci olub. Sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin Dünya Kubokunun əvvəlki mərhələ yarışlarında uğurla çıxış edən gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının xüsusi kuboku təqdim edilib. Bu dəfə də rusiyalı gimnastlar fərqləniblər. Tədbir qala-konsert və bağlanış mərasimi ilə davam edib. Dünya Kubokunun bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info