Macarıstandan əməkdaşlıq təklifi
Tarix: 12.03.2013 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının kənd təsərrüfatı üzrə alt komitəsinin görüşü keçirilib. Görüşdə Azərbaycan tərəfini kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və nazirliyin rəsmiləri, Macarıstan tərəfini isə Kənd İnkişaf Nazirliyinin dövlət katibi Dyula Budayın rəhbərlik etdiyi və macar biznesmenlərdən ibarət olan nümayəndə heyəti təmsil edib.
Tədbirdə çıxış edən B.Əliyev ikitərəfli əlaqələrin dərinləşməsi üçün böyük imkanlar olduğunu vurğulayıb. O, “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyası barədə qonaqlara məlumat verib və qeyd edib ki, bu sənəd kənd təsərrüfatı ilə bağlı 4 istiqaməti əhatə edir: “Bunlar bitkiçilik, heyvandarlıq, torpaqların məhsuldarlığı və marketinqdir. Hazırda əsas məqsədimiz kənd təsərrüfatında məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyini təmin etməkdir”. Öz növbəsində D.Buday Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb: “Toxumçuluq, süd verən iribuynuzlu heyvanların ixracı və ətraf mühitin mühafizəsi istiqamətlərində Macarıstanın təcrübəsi var və biz bu sahələrdə əməkdaşlıq etməyə şad olardıq”. Görüşün sonunda tərəfləri maraqlandıran suallara cavablar verilib, qrunt suların neftdən təmizlənməsi, üzümçülük, biotexnologiyalar, viruslara davamlı bitkilərin yetişdirilməsi üzrə təkliflər səsləndirilib.
İLKIN







 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info