TUMİB “Ağ ölümdən gənclərimizi qoruyaq” adlı layihənin icrasını başa çatdırıb
Tarix: 25.07.2016 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını Şirvan şəhərində başa çatdırıb. TUMİB layihə çərçivəsində indiyə kimi Bakı şəhərinin Suraxanı rayonu, Qazax, Tovuz, Biləsuvar və Ağcabədi şəhərlərində narkomaniya əlehinə maarifləndirmə işləri apararaq, yüzlərlə gənclərlə görüşüb. Layihə çərçivəsində sonuncu tədbir isə Şirvan şəhərində baş tutub. Şirvan şəhərində keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb. Şirvan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsirov Rafael bildirib ki, Azərbaycan cəmiyyəti milli-mənəvi dəyərlərə nə qədər bağlı olsa da, bu bəla bizim ölkəmizdən də yan keçməyib.
R.Nəsirov vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniya əlehinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, yeniyetmə və gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur. Maarifləndirici tədbirlərin ardıcıl keçirilməsi yeniyetmə və gənclər arasında pis vərdişlərə qarşı müqaviməti artıracaq, bu istiqamətdə aparılan təbliğat işlərinin güclənməsinə təkan verəcək.
Ç.Bayramov deyib ki, narkotiqlərin qəbuluna sövq edən düşüncə və davranış modellərinin kök salmasının qarşısını almaq, sağlam həyat düşüncəsini və davranış modellərini aşılamaq üçün yeniyetmə və gənclər arasında müxtəlif maarifləndirici, təbliğat xarakterli tədbirlərin keçirilməsi zəruridir.

Tədbirdə TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin idman mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov, həkim Könül Şəmiyeva və başqaları çıxış edərək narkotik maddələrin insan orqanizmi üçün zərərlərindən danışıblar. Qeyd ediblər ki, narkotik maddələrdən asılılıq insanda təkcə fiziki deyil, həm də mənəvi kütlük yaradır. Natiqlər gəncləri pis vərdişlərdən uzaq qalmağa və öz enerjilərini müsbət istiqamətə yönəltməyə səsləyiblər.











 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info