ABŞ-da Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 26.07.2016 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunmuş tədbir keçirilib. 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək, Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində ölkəmizin bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.       
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb. 
Azərbaycan musiqisinin ABŞ-da geniş təbliğ olunmasına Baş Konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat, bu səpkidə 2013-cü ildə “Arşın Mal Alan” operettasının Los Ancelesdə, 2014-cü ildə isə “Yeddi Gözəl” baletinin San Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.  
Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb. 
Sonra baş konsul, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycan musiqisi və mədəniyyətinin qorunması və dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü diqqətə çatdıraraq, bütün bunların zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından yüksək önəm daşıdığını qeyd edib. 
“Bir Ürək Xilas Et” fondunun rəhbərləri İzhar Xaruzi və Esfir Blauqrundun da çıxış etdikləri tədbir zamanı, “Arşın Mal Alan” operettasının və “Yeddi Gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info