«Petkim»in satışları tarixi maksimuma çatıb
Tarix: 12.03.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Türkiyənin «Petkim» neft-kimya holdinqi 2012-ci il üçün maliyyə göstəricilərini açıqlayıb. «Petkim» şirkətinin sahibi olan Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, 2012-ci ildə məhsulların qiyməti və satış həcminin yüksəlməsi ilə əlaqədar gəlirlər 2011-ci ilə nisbətən 12% artaraq 4,349 mlrd. lirə, satış miqdarı isə 3,6% artaraq 1,808 mln. ton səviyyəsinə çatıb.
Bununla yanaşı, bildirilir ki, 2011-ci ildə 834 mln. dollar həcmində ixracat həyata keçirən «Petkim» 2012-ci ildə bu göstəricini 25% artıraraq 1,041 mlrd. dollar məbləğinə çatdırıb ki, bu da şirkətin 48 illik tarixində ən yüksək göstəricidir. Holdinq 2012-ci ildə istehsal gücünü artırmaq məqsədilə 48 mln. dollar həcmində sərmayə yatırıb və ili istehsal gücünün 90% istifadə göstəricisi ilə başa vurub. Şirkətin baş direktoru Sadəddin Qorqud bildirib ki, Avropa bazarlarındakı mövcud problemlər, o cümlədən tələbatın azalması ixracata çətinlik yaratsa da, yeni bazarlara çıxış sayəsində bu göstəricilərin yüksəlməsinə nail olunub. Eyni zamanda, ölkə daxilində termoplastik materiallara tələbat 7-8% artıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info