Aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb
Tarix: 26.07.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


İyulun 26-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilib. Mərkəzdən bildirilib ki, toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb. Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda, aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-yə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafına təsirinin artırılması istiqamətində təkliflər verilib. Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilən təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim olunacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info