İrəvanda vəziyyət günbəgün gərginləşir
Tarix: 26.07.2016 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


İrəvanda post-patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb. Xarici KİV-lərin yaydığı xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin başçısı Aşot Aqaronyan məlumat verib.İyulun 25-də qruplaşma üzvləri “Chevrolet” markalı xidməti polis avtobusunu və minik avtomobilini, bundan bir gün əvvəl isə “Qazel” markalı polis mikroavtobusunu yandırıb.Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.Bu arada müxalifət Yerevanda polis hissəsinin radikal qrup tərəfindən ələ keçirilməsi ətrafında sonrakı fəaliyyətini elan etmək üçün mitinqə başlayır.Artıq post-patrul xidməti polkunun ələ keçirilən binasının yerləşdiyi Movses Xorenasi küçəsində yüzlərlə insan toplaşıb. Mitinq iştirakçılarının əsas tələbi silahlı qruplaşmanın qida, rabitə, tibb xidməti ilə təmini, həmçinin ələ keçirilən hissədə elektrik enerjisinin bərpa olunmasıdır. Əks təqdirdə, müxalifət hakimiyyəti nəinki Yerevanda, həmçinin Ermənistanın digər regionlarında da itaətsizlik aksiyası keçirəcəyi ilə hədələyib.Ermənistan Milli Təhlükəsizlik Xidməti isə öz növbəsində silahlı qrupu yenidən təslim olmağa çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info