Yaponiyada 19 nəfəri qətlə yetirən polisə təslim olub
Tarix: 26.07.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Yaponiyanın Kanaqava prefekturasındakı Əlillər evində 19 nəfəri öldürən, 26 nəfəri isə yaralayan cani polisə təslim olub. Kyodo agentliyinin məlumatına əsasən, o, əvvəllər bir neçə il həmin Əlillər evində çalışıb.Cinayət hadisəsi “Saqamihara” dəmir yolu stansiyasının iki kilometrliyində yerləşən Əlillər evində yerli vaxtla gecə saat 2:30-da baş verib. Silahlı şəxs “Tsukuidəki liliya bağı” adlı müəssisəyə daxil olaraq buradakı xəstələrə hücum edib.Hadisə nəticəsində 19 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Tibb işçilərinin bildirdiyinə görə, onlardan 20-nin vəziyyəti ağırdır.Hadisədən yarım saat sonra cinayətkar özü polisə gələrək təslim olub.Faciənin baş verdiyi Əlillər evi 160 nəfər xəstə üçün nəzərdə tutulub. Hücum zamanı burada 19 yaşından 75 yaşınadək 149 xəstə olub.26 yaşlı cinayətkar yaponun yanında içərisində bıçaqlar olan çanta aşkar edilib. Həmin bıçaqların üzərində qan ləkələri olub. Kyodo agentliyinin məlumatına görə, Satoşi Uematsu 2012-ci ilin fevralından həmin müəssisədə çalışıb. Cari ilin fevralında şəxsi ərizəsi ilə işdən azad olunan bu şəxs son aylar heç yerdə işləməyib.Hazırda polis hadisənin səbəblərini araşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info