Azərbaycan Turizm və Menecment Universitetində ərəb dili kursları təşkil edilib
Tarix: 26.07.2016 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) inzibati və pedaqoji heyət üzvlərinin xarici dilləri bilmək səviyyəsini yüksəltməkdən ötrü xüsusi kursların təşkilinə böyük önəm verilir. Ali təhsil müəssisəsində ingilis və italyan dili kursları öz fəaliyyətini başa çatdırıb. ATMU-nun mətbuat xidmətindən  bildirilir ki, bu günlərdə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə universitetin inzibati-pedaqoji heyət üzvləri üçün fəaliyyəti 3-5 ay nəzərdə tutulan ərəb dili kursu təşkil olunub. Ərəb dili kursu doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılır.
Qeyd edək ki, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Bakıya dəvət olunan Əşrəf Əbdülqadir Fərəq Mohamed ölkəsinin maliyyə yardımı ilə Bakı Dövlət, ADA, Avrasiya universitetlərində, həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb dilini tədris edir. O, ərəb dili və ədəbiyyatına dair bir sıra məqalələrin müəllifidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info