“Türkiyə iqtisadiyyatı son hadisələrin mənfi təsirlərinə qarşı dayanıqlılıq göstərir”
Tarix: 26.07.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi Azərbaycan xalqını narahat etdi.
Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Anadolu Agentliyinə müsahibəsində deyib.
Dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən nazir deyib: “Xalqın azad iradəsinə qarşı törədilən qorxunc cinayətlərin təşkilatçıları Türkiyə xalqı və dövlətinin sərgilədiyi birlik qarşısında məğlub olaraq məqsədlərinə çata bilmədilər. Prezident İlham Əliyev də Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, qardaş ölkə vətəndaşlarının demokratik yolla seçdiyi hökuməti dəstəklədiyini ifadə edib. Azərbaycan dövləti bu hadisəni dövlət çevrilişinə cəhd hesab edir və belə əməlləri şiddətlə qınayaraq, bunun yolverilməz olduğunu bəyan edib”.
Azərbaycanın Türkiyə ilə qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu söyləyən Ş.Mustafayev bildirib ki, münasibətlərimizə zərrə qədər də ziyan vuracaq hər hansı addımı qəbul edə bilmərik, buna heç vaxt icazə verməyəcəyik. Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır və biz həmişə bir-birimizi dəstəkləyəcəyik.
Türkiyənin bundan sonra da investorlar üçün cəlbedici ölkə olaraq qalacağını vurğulayan nazir qeyd edib: “Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti son hadisələrin mənfi təsirlərinə qarşı dayanıqlılıq göstərir. Əminik ki, hökumət nəzərdə tutulan iqtisadi hədəflərinə çatacaq”.
Nazir Azərbaycanın və Türkiyənin böyük enerji və nəqliyyat layihələrinin təşəbbüskarları və iştirakçıları olduğunu vurğulayaraq, iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, ticarət və iqtisadi işbirliyinin bu möhkəm zəmin üzərində qurulduğunu qeyd edib. Bildirib ki, hər iki ölkədə mövcud olan əlverişli investisiya və biznes mühiti iqtisadi əməkdaşlığımızın genişlənməsinə töhfə verir, qarşılıqlı sərmayə qoyuluşuna münbit şərait yaradır.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info