Almaniya Federal hökumətinin bəyanatı
Tarix: 12.03.2013 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Korneliya Piperin Federal hökumət adından Xocalı aeroportu ilə əlaqədar bəyanat verib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bəyanatda deyilir: “Azərbaycan tərəfinin icazəsi olmadan Xocalı aeroportunda uçuşların bərpa edilməsi Ermənistanla Azərbaycan arasında 1994-cü ildən mövcud olan atəşkəs sazişinə xələl gətirəcək və Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb olacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri 2012-ci il iyulun 13-də bəyan edib ki, aeroportun yenidən açılması Dağlıq Qarabağın statusuna dəyişiklik edilməsi üçün istifadə oluna bilməz. Bəyanatda bütün tərəflər məsələnin diplomatik həll yollarını axtarmağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə dəvət edilir. Federal hökumət Avropa Birliyindəki tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycanı gərginliyi alovlandıracaq hər hansı hərəkətdən çəkinmək və məsələnin sülh yolu ilə həlli istiqamətində çalışmaq zərurətini vurğulamasını dəstəkləyir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info