“Türkiyə “Türk axını” ilə bağlı danışıqların bərpasına hazır olduğunu bildirib”
Tarix: 26.07.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Türkiyə hökuməti “Türk axını” qaz kəmərinin tikintisi mövzusunda Rusiya ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. 
“İnterfaks”ın verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç Moskvada Türkiyə baş nazirinin müavini Mehmet Şimşəklə görüşündən sonra deyib. 
A. Dvorkoviç bildirib ki, layihənin perspektivləri M. Şimşəkin energetika naziri Aleksandr Novakla görüşündən sonra aydınlaşacaq. “Layihə ilkin mərhələdədir, lakin tərəflərin xoş məramı ilə kifayət qədər tez müddətdə irəliləmək mümkündür”, - deyə A. Dvorkoviç söyləyib. 
Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” dövlət şirkətləri arasında Qara dənizdən keçəcək “Türk axını” qaz kəmərinin tikintisi haqqında memorandum imzalanıb. Əvvəlcə boru ilə ildə 63 milyard kubmetr qaz nəqli nəzərdə tutulsa da, sonradan bu həcm iki dəfə azaldılıb. Layihə Avropa İttifaqının rədd etdiyi “Cənub axını”n əvəz etməli idi, lakin 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra layihə dondurulub. “Cənub axını”nın podratçısı olan “Saipem” şirkəti isə “Qazprom”a qarşçı 750 milyon avro məbləğində məhkəmə iddiası qaldırıb.  
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info