“Ermənilərin kimyəvi silahdan istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”
Tarix: 26.07.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Aprel döyüşlərində ermənilərin kimyəvi silahdan istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı avam etdirilir”.
 Bu barədə respublikanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən geniş kollegiya iclasında bildirib. O, qeyd edib ki, aprel ayında qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.7, 29,120.2.12, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
 
İstintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib və döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların meyitləri müayinə olunub. İstintaq qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların məhkəmə-tibbi müayinədən keçirilməsi, onların zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmələri, müvafiq olaraq məhkəmə-tibbi, kompleks məhkəmə ballistik və digər ekspertizalar təyin edərək icraya yönəldilməsi vaxtında tam təmin olunub.
 
X. Vəliyev beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulduğu zaman yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı  qadağan olunmuş mərmilərdən istifadə olunduğunu bildirərək qeyd edib ki, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub və həmin mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mayın 11-də müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.
 
Respublika Hərbi Prokurorluğunda aparılan araşdırma ilə müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il “Müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyası”nı və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında Konvensiya”nın III (1980-ci il), eləcə də “Kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair” BMT-nin 1992-ci il 30 noyabr tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozub.
 
X. Vəliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilməklə, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə əlavə müayinə edilmiş və çoxsaylı ekspertizalar təyin olunub.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info