Rusiya Aralıq dənizində operativ hərbi gəmi birləşməsi yaradır
Tarix: 12.03.2013 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


İqor Korotçenko: “Aralıq dənizi elə yerdir ki, orada Rusiya hərbi gəmilərinin iştirakı çox vacibdir. Ona görə də biz təbii olaraq Suriyanı təslim etməyəcəyik”

«Aralıq dənizində Rusiyanın hərbi-dəniz donanmasının operativ birləşməsinin yaradılması çoxdan gözlənilən qərar idi. Onsuz da son iki ildə Rusiya donanması daimi olaraq Aralıq dənizində növbə çəkir». Bu haqda Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Çıqanok «NovostiNK»ya verdiyi açıqlamada məlumat verib. Ekspert bildirib ki, Rusiyanın bu qərarı rəsmi Moskvanın Şərqə və Qara dənizə daha çox diqqət ayıracağını göstərir: «Rusiya ilə NATO-nun münasibətləri kifayət qədər ehtiyatlıdır. Buna baxmayaraq, Rusiya hesab edir ki, NATO Suriya ilə bağlı imzalanan sazişə sadiq qalmalıdır. Mənə elə gəlir ki, bu məsələdə ən vacib məsələ elə budur». Ekspert vurğulayıb ki, operativ birləşmə Şimal donanması, Qara dəniz donanması və ola bilsin Sakit okean donanmasındakı gəmilərdən təşkil olunsun: «Gəmilər yəqin ki, baza kimi Suriyanın Tartus limanında lövbər salacaqlar». Hərbi ekspertə görə, belə bir normal hərbi qrupun yaradılması üçün ən azı 10-12 il vaxt lazımdır. Siyasi və Hərbi analiz üzrə İnstitutun eksperti Aleksandr Xramçixin «Reqnum»a açıqlamasında bildirib ki, operativ birləşmənin kağız üzərində yaradılması o qədər də hiyləgər addım deyil. Əsas məsələ həmin birləşmənin yaradılıb-yarıdılmaması ilə bağlıdır: «Bu məsələ tam aydın deyil. Bu birləşmənin hansı donanmanın gəmilərindən istifadə edilərək yaradılacağı mənə qaranlıq qalır. Yaradılacaq operativ birləşmənin Suriyadakı hadisələr və Tartusun qorunması ilə bağlı olduğunu demək mənasızdır». Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-də bildirib ki, Rusiya Aralıq dənizində hərbi-dəniz donanmasının operativ birləşməsini yaradacaq və onu daimi əsasda fəaliyyət göstərməsini təmin edəcək. «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenko Şoyqunun sözlərini «Reqnum»a dəyərləndirərkən bildirib ki, hərbi gəmilərin Arılıq dənizində daimi olaraq saxlanması üçün onların Tartusda yerləşməsi lazımdır: «Çünki Tartus Aralıq dənizində yeganə limandır ki, Rusiya gəmiləri sərbəst şəkildə ora gedib ehtiyat götürə, heyət üzvləri dincələ, kiçik təmir işləri həyata keçirə bilirlər. Aralıq dənizi elə yerdir ki, orada Rusiya hərbi gəmilərinin iştirakı çox vacibdir. Ona görə də biz təbii olaraq Suriyanı təslim etməyəcəyik. Prezident Bəşər Əsəd bizim müttəfiqimizdir və hesab edirik ki, Suriyadakı münaqişə nizamlanandan sonra da ölkədə hakimiyyət yenə də onun nəzarəti altında olacaq, üsyançılar isə məhv ediləcək. Əgər belə əminlik olmasaydı, Şoyqu belə bəyanat səsləndirməzdi».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info