Topaz Premyer Liqasının püşkü atıldı
Tarix: 26.07.2016 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Yeni mövsümdə yeni toplardan istifadə olunacaq
Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkatması keçirilib. Sayca 25-ci - yubiley ölkə çempionatının iştirakçıları ilk turdakı rəqiblərini tanıyıb. AFFA-nın inzibati binasında baş tutan tədbirə qarşıdakı mövsümün 8 iştirakçısı qatılıb.
Tədbirdə çempionatın startının tarixi də açıqlanıb. Mövsümə avqustun 6-da start veriləcək. Həmin gün başlayacaq ilk tur ayın 7-də yekunlaşacaq. Son 3 mövsümdə olduğu kimi yenə 4 dövrədə mübarizə aparacaq komandalar ilk turda 4 cütlük təşkil edib. Peşəkar Futbol Liqası ilk turun qarşılaşmalarını sonradan günlər üzrə böləcək. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib ki, “CBC Sport” kanalının ötən mövsüm çəkilişlərindən göründü ki, lazımi ləvazimatların olması da vacibdir: “Bu kanal həmin ləvazimatlara sahib olduğundan, keyfiyyətli yayım hazırlayır. İnşallah, 2016/2017 mövsümündə çempionatımız əvvəlkilərindən daha maraqlı və gərgin keçəcək. Ona görə maraqlı keçəcək ki, 8 komandanın ən azı 6-sı avrokuboka vəsiqə üçün mübarizə aparacaq. Bir yarışda mübarizə olursa, orda maraq da olur”. Çempionatda bəzi dəyişikliklərin olacağını deyən Musayev bildirib ki, klubların xahişini nəzərə alaraq, əcnəbi futbolçular üçün ödənilən pulların məbləği azaldılıb: “Bu, klublara kömək üçün edildi. Bizi bəzən günahlandırdılar ki, oyunçuların formalarında başqa əlifba ilə yazılır. Amma biz onların maddi durumunu nəzərə alaraq, qərara gəldik ki, kimin nəyə imkanı varsa, ondan istifadə etsin. Sonra klublardan soruşduq. İndi isə belə qərara alındı ki, formaların arxasında futbolçuların adları öz əlifbamızda yazılmalıdır. Sevindirici haldır ki, bu il avrokubokda oynayan komandalarımızın hamısı ilk mərhələni keçdilər. Klub rəhbərlərimiz sağ olsun ki, artıq biz 2 mərhələ ilə də razılaşmırıq. Artıq azarkeşlər daha böyük nailiyyətlər gözləyirlər. İlk mərhələdə o mənada bəxtimiz gətirdi ki, rəqiblərimiz bir o qədər də güclü deyildilər. Ancaq sonrakı püşkatmada bəxt bizdən üz döndərdi. Çalışacağıq ki, oyunlar canlı göstərilsin, amma bəzən bizdən asılı olmur”.
PFL rəhbəri başqa məqamlara da toxunub: “Əliyar Ağayevin 19 yaşlılar arasında Avropa çempionatının finalını idarə etməsinə çoxları sevindi. AFFA rəhbərliyi hakimlərin vaxtında təlim-məşq toplanışı keçirməsinə həmişə çalışıb. Bunda PFL-in də rolu oldu. İnsan zirvəyə qalxanda, sözsüz ki, səhvlərə yol verir. O səhvlər bilməyərək edəndə bağışlanır. Əliyar o oyuna çıxanda adının altında nə AFFA-nın, nə də PFL-in adı yazılmışdı. Adının altında Azərbaycanın adı yazılmışdı. Ona uğurlar arzulayıram. Sevindirici haldır ki, 2 oyunçumuz Portuqaliya çempionatında çıxış edəcək. Həm Elnur Cəfərov, həm də Budaq Nəsirova uğurlar arzulayıram”. R.Musayev bildirib ki, bu il çempionatda “Adidas” firmasının “Beje” toplarından istifadə olunacaq: “Bunu da gətirdik ki, klublara kömək olsun, hamısı eyni toplarla oynasın. Çalışacağıq ki, yenə ədalətli çempionat olsun. Heç kim deyə bilməz ki, biz çempionatda ədalətsizliyə yol vermişik. Belə şey olmayıb”.
I tur
6-7 avqust
“Qarabağ” (Ağdam) - “İnter” (Bakı)
“Qəbələ” (Qəbələ) - “Kəpəz” (Gəncə)
AZAL (Bakı) - “Neftçi” (Bakı)
“Zirə” (Bakı) - “Sumqayıt” (Sumqayıt)




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info