Yaponiyada 19 nəfəri qətlə yetirən cani polisə təslim olub
Tarix: 26.07.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Yaponiyanın Kanaqava prefekturasındakı əlillər evində 19 nəfəri öldürən, 26 nəfəri isə yaralayan cani polisə təslim olub. Kyodo agentliyinin məlumatına əsasən, o, əvvəllər bir neçə il həmin əlillər evində çalışıb.
Cinayət hadisəsi “Saqamihara” dəmir yolu stansiyasının iki kilometrliyində yerləşən əlillər evində yerli vaxtla gecə saat 2:30-da baş verib. Silahlı şəxs “Tsukuidəki liliya bağı” adlı müəssisəyə daxil olaraq buradakı xəstələrə hücum edib. Hadisə nəticəsində 19 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Tibb işçilərinin bildirdiyinə görə, onlardan 20-nin vəziyyəti ağırdır. Hadisədən yarım saat sonra cinayətkar özü polisə gələrək təslim olub. Faciənin baş verdiyi əlillər evi 160 nəfər xəstə üçün nəzərdə tutulub. Hücum zamanı burada 19 yaşından 75 yaşınadək 149 xəstə olub. 26 yaşlı cinayətkar yaponun yanında içərisində bıçaqlar olan çanta aşkar edilib. Həmin bıçaqların üzərində qan ləkələri olub. Kyodo agentliyinin məlumatına görə, Satoşi Uematsu 2012-ci ilin fevralından həmin müəssisədə çalışıb. Cari ilin fevralında şəxsi ərizəsi ilə işdən azad olunan bu şəxs son aylar heç yerdə işləməyib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
18.03.2019
Malidә hәrbi bazaya hücum edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info