İrəvanda vəziyyət sabitləşmir
Tarix: 26.07.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Ermənistanın "Sasna tsrer" qruplaşması polis alayının ərazisində vəziyyətlə bağlı bəyanat yayıb. «Lragir» saytının verdiyi məlumata görə, bəyanatda deyilir ki, «ötən gün axşam (25 iyul-red.) və səhər «Sasna tsrer» qruplaşması iki insidentlə üzləşib. Belə ki, gecə saaat 2 radələrində polis kordonu ərazisində qruplaşma üzvlərinə atəş açılıb. Atəş nəticəsində qruplaşmanın iki üzvü- Aşot Petrosyan və Ovannes Arutunyan güllə yarası alıblar. Hazırda hər iki yaralı hospitala yerləşdirilib.
Bəyanatda deyilir: “Dünən , səhər saat 7 radələrində isə gənc erməni - Artur Sarkisyan şəxsi avtomobilinə ərzaq yükləyərək polis kardonunu keçib, «azadlıq zonası»na daxil olmağa çalışıb. Polisin açdığı atəşə baxmayaraq, Sarkisyan heç bir xəsarət almadan ərzaq dolu avtomobilini qruplaşma üzvlərinə çatdıra bilib.
Bundan başqa, zonada fahişəliklə məşğul olduqları iddia edilən agentlərin siyahıları aşkar edilib. Bu siyahı PPX əməkdaşlarının ərazidə sutenyorluqla məşğul oduqlarına əyani bir sübutdur. Siyahıda göstərilən şəxslərin 146 nəfəri agent, 35 nəfəri isə pozğunluqla məşğul olan qadınlardır.
Biz sizi mübarizəyə qarşı səfərbər olmağa çağırırıq. Qələbə çox yaxındadır».
Qeyd edək ki, İrəvanda «Sasna tsrer» qruplaşması üzvlərinə həmrəylik nümayiş etdirənlərin də sayı artmaqdadır. Artıq bir müddətdir ki, Vardqes Qasparyan adlı keçmiş siyasi məhbus ölkə prezidenti Sarkisyanın evinin qarşısında aclıq aksiyasına başlayıb. Mühəndis, vətəndaş cəmiyyəti fəalı olan Qasparyan ölkə prezidentinin evi qarşısındakı səkidə oturaraq, 2008-ci il martın 1-də İrəvandakı qarışıqlıq zamanı ölənlərin şəkillərini nümayiş etdirir. Artıq iki gündür ki, qida qəbul etməyən Qasparyan «Heç kəsin bizi zorakılıq məsələlərinə etirazdan məhrum etməsinə imkan verməyəcəyik. Bu, bizim inhisardadır» yazılmış şüarla ölkə vətəndaşlarına qarşı polis zorakılığına eyham vuraraq, onları pisləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info