Muxtar respublikada nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir
Tarix: 27.07.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Bu ilin ötən dövründə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilib, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin olunub.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilin birinci yarısında 4 avtobus vasitəsilə Bakıya 426 reys edilib, 12 min 889 sərnişin daşınıb. Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 14 min 636 olub. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb.

Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılıb, vaxtaşırı təmir işləri görülüb. Bu dövrdə 139 marşrut xətti üzrə 305 avtobus vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib.
Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info