“Kənd yerində imtahana hazırlaşmaq heç də asan deyil”
Tarix: 27.07.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Əmrah Qulubəyli: “Orta məktəbi Qızıl medalla bitirməyim məsuliyyət hissimi daha da artırdı”

İstedad, bilik, intellekt harada olmasından asılı olmayaraq, özünü göstərir. Hətta ən ucqar kəndə olsa belə, bu, bir işıq kimi parlayıb aləmə saçılır. Elə müsahibimiz Qulubəyli Əmrah Pərviz oğlu da məhz öz istedadı ilə builki qəbul imtahanlarında fərqlənənlərdən olub. Əldə etdiyi yüksək nəticə ilə valideynlərinin, müəllimlərinin və yaxınlarının sevincinə səbəb olub. Qeyd edək ki, Əmrah Qulubəyli 1999-cu ilin 6 aprelində Naxçıvan MR-in Ordubad rayonu Üstüpü kəndində anadan olub. 2005-ci ildə Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2016-cı ildə orta məktəbi Qızıl medalla bitirib və ali məktəbə qəbul imtahanında 620 bal toplayıb.
-Siz ali məktəbə özünüz hazırlaşdız, yoxsa repetitor vasitəsilə?
-Belə deyə bilərəm ki, dünyada heç nəyə tək nail olmaq asan deyil. Bunun üçün ən azından ailə dəstəyi və sizə yol göstərən birisinin olması çox vacibdir. Çox sevinirəm ki, bu uğurun əldə olunmasında mən də tək qalmadım. Xüsusilə də imtahana hazırlaşdığım gündən başlayaraq bu böyük uğuru əldə etdiyim günə qədər müəllimlərim daim mənə dəstək olmuş, qarşıma çıxan bütün problemləri birlikdə həll etmişik. Bunun üçün fürsətdən istifadə edib, bu uğurun qazanılmasında bir an belə, məni tək qoymayan müəllimlərimə, dostlarıma təşəkkür etmək istəyirəm. Digər böyük bir təşəkkür isə, şübhəsiz, həyatım boyu mənə maddi və mənəvi dəstək olan valideynlərimə olmalıdır.
-Valideynlərinizin sizin hazırlaşmağınızda nə kimi rolu olub?
-Deyəsən, ən çətin cavab veriləsi sual bu olacaq. Onların mənə göstərdiyi köməyi hər sualda cavablandırsam, yenə də az olar. Belə deyə bilərəm ki, müəllimlər, dostlar, qohumlar, hətta insanın özü belə, valideynlər qədər stress, həyəcan içində ola bilməzlər. Həyata gəldiyin andan etibarən ən balaca problemlərdən tutmuş ən böyük problemlərə kimi, səni heç vaxt tək qoymayan, sadəcə, valideynlərin ola bilər. Sizi inandıra bilərəm ki, hazırlaşdığım bu müddətdə hər gün, hər sınaq imtahanından sonra valideynlərim maraqlanır, imtahan həyəcanını mənimlə birlikdə onlar da yaşayırdılar. Təbii ki, günümüzün tələblərinə uyğun olaraq bir çox məsələlər maddiyyatın üzərinə qurulub. Ona görə xoşbəxtəm ki, valideynlərim mənə tək maddi dəstək deyil, həm də mənəvi dəstək olublar. Onun nəticəsidir ki, bu gün bu uğuru əldə etdim və özümdən çox onların üzündə sevinc gülüşlərinin yaranmasına səbəb oldum.
-Ümumiyyətlə, kənd yerində ali məktəbə hazırlaşmağın hər hansı çətinliyi varmı?
-Səmimi danışmaq lazımdırsa, kənd yerində imtahana hazırlaşmaq heç də asan deyil. Bunu belə əsaslandıra bilərəm ki, şəhər yerində olduğu kimi, kənddə infrastruktur çox yaxşı deyil və kitabların, testlərin, elektron vəsaitlərin əldə olunmasında müəyyən çətinliklər yaranır. Həmçinin onu da demək lazımdır ki, kənddə bütün fənn müəllimlərinin olmaması, bəzi fənlərin, xüsusilə də xarici dillərin tədrisində çatışmayan cəhətlər bəzi problemlər yaradır. Bunlara baxmayaraq, deyə bilərəm ki, istər kənd, istər şəhər olsun, şərait yaxşı olmasa belə, əgər sizin məqsədiniz müəyyəndirsə və məqsəd üçün sizlə bərabər ailəniz, müəllimləriniz, dostlarınız səfərbər olmuşdursa, o zaman geriyə tək bir şey, uğura nail olmaq qalır.
-Bu nəticəyə görə əsas kimə borclusuz?
-İnanın, bu suala cavab vermək elə də asan olmayacaq. Çünki, bayaq dediyim kimi, əgər bir məqsəd varsa və sən bu məqsədə çatmaq üçün çalışırsansa, təkbaşına nailiyyət əldə etmək çox çətindir. Bunun üçün mənəvi dəstəyin olması çox vacibdir. Ancaq onu deyə bilərəm ki, əgər sıralamaq mütləqdirsə, bu zaman valideynlərimin, müəllimlərimin, qohumlarımın və dostlarımın köməyini , xüsusilə, vurğulamalıyam. Bu o demək deyildir ki, birinin dəstəyini görüb, digərini gözardı etmək olar, hətta belə demək mümkündürsə, ailəm, müəllimlərim, dostlarım və qohumlarım, hamısı eyni dərəcədə mənə dəstək göstərib, bu uğur pilləsinin aşılmasında həmişə arxa-dayaq olublar.
-Sizdən əvvəl məktəbinizdə bu qədər yüksək bal toplayan olubmu?
-Ümid edirəm ki, bu suala cavab vermək təvazökarlıqdan uzaq olmaz. Məktəbdə ən yüksək bal məndə olub, ancaq bu o demək deyil ki, abituriyent yoldaşlarım çalışmayıb, hamı çalışır, ancaq daha çox çalışan daha uğurlu olur. Özüm də daxil olmaqla bütün tələbə adı qazananlara gələcək seçimlərində və həyatlarında uğurlar arzulayıram.
-Qızıl medal almağınız ali məktəbə hazırlaşmağınıza nə dərəcədə stimul verdi?
-Qəbul imtahanına hazırlaşmayanlar bilməz, bu elə bir mərhələdir ki, həmin 2-3 illik dövr ərzində insana dəyər verilməsi, özünün xüsusi olduğunu hiss etməsi çox əhəmiyyət kəsb edir. Bu dəyərin qızıl, pul və ya digər bir şey olması vacib deyil, şübhəsiz, əsas olan mənəvi dəstəkdir. Ancaq istəsəm də, istəməsəm də Qızıl medalın mənə verilməsi məndə məsuliyyət hissini daha da artırdı. Belə düşüncə formalaşmışdı ki, əgər Qızıl medalı mənə verməyi uyğun biliblərsə, mən də özümə olan etimadı doğrultmalı, daha çox çalışmalı, mənə, ailəmə, müəllimlərimə yaraşan nəticəni əldə etməliyəm. Şükürlər olsun ki, çəkdiyim əziyyət yerdə qalmadı və gözləntilərə uyğun olaraq yüksək balla ali məktəbə daxil oldum, bununla da həyat marafonunda ilk mərhələni alnıaçıq tamamladım.
-Hansı sahəni öyrənib Vətənə xidmət etmək istərdiz?
-Təbii ki, hamının olduğu kimi, mənim də hər zaman istədiyim bir peşə, usaqlıqdan arzusunda olduğum bir sənət var. Mənim arzusunda olduğum sahə ölkənin təbii sərvətlərindən biri olan neft sahəsində çalışmaq, vətənimizin bu təbii sərvətinin çıxarılmasında və xaricə nəqlində ali məktəbdə öyrənəcəyim bilikləri və keçəcəyim praktikanı tətbiq edərək əlimdən gəldiyi qədər vətənimizə xeyirli olmaqdır. Düzdür, hələ seçimlər başlamasa da, müəllimlərlə, valideynlərimlə məsləhətləşmələr aparır və ixtisas seçiminin düzgün edilməsi üçün çalışıram. İnanıram ki, mənim bu seçimim yalnız mənim həyatım üçün yeni bir yol deyil, həmçinin Azərbaycanın bu sahədə yeni nailiyyətlər əldə etməsi üçün əhəmiyyətli bir addım olacaq.Yeni müəllimlərin, yeni dostların və nəhayət ailəmin dəstəyi ilə bu günə qədər diqqətəlayiq bir yol keçmiş Azərbaycanımızın inkişafı üçün əlimdən gələni edəcək və ölkəmizin dünyada söz sahibi olması üçün hər zaman çalışacağam.
Sonda isə sizə və "Palitra" qəzetinin bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirmək istəyirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info