Aqrar sahədə əsas strateji prioritetlər
Tarix: 27.07.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dünən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilib. Mərkəzdən bildirilib ki, toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb.
Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda, aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-yə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafına təsirinin artırılması istiqamətində təkliflər verilib. Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilən təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim olunacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info