“Bakıda 1000-ə yaxın bina sökülməlidir”
Tarix: 27.07.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq, "Pilot layihə" çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu Komitənin sədri Abbas Ələsgərov Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə görüşündə deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda, məsuliyyətini artırıb. Bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir.
Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.
Eskiz layihələrdə bir neçə kobud faktlarla rastlaşdığını bildirən A.Ələsgərov deyib ki, bir kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2-0,5 ha ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 16 mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar mövcuddur.

“Heç bir güzəşt
olmayacaq”

Komitənin sədri bildirib ki, ağrılı məsələ bir pilləkən qəfəsində 7-8 mənzil yerləşdirilən yaşayış binalarının layihələndirilməsidir: “Bu mənzillərin əksəriyyətinin bir otaqlı olması gələcəkdə bir sıra məişət problemlərinin yaranmasına gətirib çıxara bilər". Eskiz layihələrini hazırlayan memarların səriştəsizliyindən, şablon layihələrdən istifadə etməsindən danışan komitə sədri bildirib ki, bu gün öz işinə etinasiz yanaşan bu layihəçilər standart olaraq 16 mərtəbəli binalar layihələndirməklə, bir çox hallarda isə artıq hazır olan layihələrinə kosmetik düzəlişlər etməklə işlərini bitmiş hesab edirlər. Q-şəkilli və yaxud 10-14 mərtəbəli bina layihələri bu gün demək olar ki, yox səviyyəsindədir: “3D modellərin qurulması ilə bir sıra hallarda tikintidə qeyri-peşəkar olan investorların gözünə kül üfürməklə onlarda özləri barədə yüksək rəy yaratmağa çalışırlar. 3D modellər ayrı bir binanı təsvir etməklə yekunlaşmamalı, bütün dünyada olduğu kimi, onu şəhərsalma baxımından tam xarakterizə etməlidir. Təqdim edilmiş eskiz layihələrindəki fasadlar isə dözülməz vəziyyətdədir”.
A.Ələsgərov bu məsələdə heç bir güzəştin mümkün olmayacağını, fasadların estetik cəhətdən mükəmməl hazırlanmalı olduğunu və ümumi bir ansambl yaratmalı olduğunu kəskin şəkildə diqqətə çatdırıb.
Komitə sədri qeyd edib ki, “Nöqtəvi”, “pərakəndə” tikinti layihələri xroniki xəstəlik olaraq qalır: “Pilot layihə” çərçivəsində əgər qəzalı hər hansı bir binanın - məsələn yataqxananın, təxirəsalınmadan sökülməsinə ehtiyac yaranmışdırsa, onun yerində təcili bir yaşayış binasının tikintisinə razılıq verilməsi mümkündür. Lakin bu yalnız sonradan qısa bir zamanda müvafiq ərazinin planlaşdırma işlərinin yerinə yetirilməsi, ona qədər isə həmin ərazidə heç bir tikinti fəaliyyətinin həyata keçirilməməsi şərtilə mümkündür”.
A.Ələsgərov bildirib ki, məhəllələrin tikinti planlaşdırma layihələrinin (5 ha-ya qədər, lakin 1 ha-dan az olmamaqla) əsas şəhərsalma normativləri əsasında hazırlanması tövsiyə olunur: “Daha sonra Komitənin tabeliyindəki qurumun planlaşdırma işini həyata keçirərək reqlament müəyyənləşdirdiyi ayrı-ayrı sahələr tikinti şirkətlərinə təklif olunmalı, orada yerləşdiriləcək obyektlər üzrə planlaşdırma həllərinin tələblərinə tam cavab verən eskiz layihələri hazırlanmalıdır. Bu zaman investorlarla işin bütün ağırlığı və məsuliyyəti icra hakimiyyətlərinin öhdəsinə düşür”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info