Manukyanın və oğlunun vəziyyəti ağırlaşıb
Tarix: 27.07.2016 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


İrəvanda post-patrul alayının binasını iyulun 17-də ələ keçirmiş silahlı qrupun lideri Pavel Manukyanın və onun oğlunun vəziyyəti ağırdır.   
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Erebuni” tibb mərkəzinin icraçı direktoru Mikael Manukyan bildirib.   
Onun sözlərinə görə, yaralılar gecə saat 01.00 radələrində xəstəxanaya gətiriliblər: “Pavel Manukyan və oğlu ayaq, baldır, bud nahiyələrindən güllə yaraları alıb. Həmçinin onlarda  qəlpəli sınıqların olduğu müəyyən edilib”.   
Reanimasiya şöbəsinin  rəhbəri Arutyun Manqoyan isə Pavel və Aram Manukyanların süni nəfəs aparatına qoşulduqlarını bildirib.   
“Xəstələrin səhhəti ilə bağlı nə isə demək hələ tezdir, azı 48 saat gözləmək gərəkdir”, - deyə həkim bildirib. 
O, əlavə edib ki, atışma zamanı bud nahiyəsindən yaralanmış polis zabitini vəziyyəti orta-ağır qiymətləndirilir.   
Qeyd edək ki, ötən gecə  İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.
 Bu  barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.  Onun sözlərinə görə, təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır. 
“Polis alayı binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar. Yaralılar xəstəxanaya aparılıb”, - deyə Aşot Aqaronyan bildirib. 
Hazırda atışma dayandırılıb. Silahlı qrupun üzvlərinin təslim olunması istiqamətində danışıqlar davam etdirilir.  
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info