LDU: Tyutor hazırlığı təlimləri başa çatdı
Tarix: 27.07.2016 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Universitetində tyutor hazırlığı təlimləri başa çatmışdır. Bununla əlaqədar universitetin Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbində keçirilən tədbirdə tyutor hazırlığını başa vurmuş gənclərə sertifaktların təqdimetmə mərasimi təşkil olunmuşdur.
Tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov açaraq LDU tarixində ilk dəfə tyutor hazırlığı kursunu bitirənləri təbrik etmiş, onların tədrisin təşkilində və tənzimləməsində oynayacağı roldan, tədrisin Boloniya prosesi və kredit sistemi ilə təşkili fəaliyyətindən, qarşılarında duran vəzifələrdən danışmış və bildimişdir ki, tyutorlar universitetin fakültələrində və müvafiq strukturlarında işlə təmin olunacaqlar.
Universitetin ümumi işlər üzrə prorektoru Bahadır Qocayev, Humanitar və pedaqoji elmlər fakültəsinin dekanı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Kamran Kazımov, Dil və ədəbiyyat kafedrasının müdiri, pedaqoji elmlər doktoru Yədulla Ağazadə, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ruslan Həmidov çıxış edərək tövsiyələrini verdilər. Deyildi ki, yeni sistem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir.
Tyutorları tələbələrin akademik məsləhətçisi adlandıran Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının tədrisin təşkili və tyutor xidməti şöbəsinin rəisi Kəmalə Xəlilova təlimin ən müasir, interaktiv üsullarla aparıldığını bildirdi. Sonra o, tyutorlarla aparılan işlərdən, təlimin nəticələrindən və onun əhəmiyyətindən danışdı.
Tədbirin sonunda tyutor hazırlığını başa vurmuş 12 təlim iştirakçısına sertifaktlar təqdim edildi və xatirə şəkilləri çəkdirildi.


Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info