Nəsimili «Gənc İlhamçılar»ın Qubadakı istirahəti başa çatıb
Tarix: 27.07.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə başa çatıb. Nəsimi rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri ümumilikdə – 150 nəfər üçün Quba rayonunda «Gənc İlhamçılar» vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi yaradılıb.
Nəsimi rayonunun aztəminatlı ailələrindən olan və Qarabağ müharibəsi əlilləri və veteranlarının, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 150 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən İstək liseyinin Quba filialının ərazisində təşkil olunmuş vətənpərvərlik təmayüllü, ödənişsiz «Gənc İlhamçılar» yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatıb və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə silsilə tədbirlər keçirilib. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib. Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun  tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə gəzintiləri təşkil olunub.
Düşərgənin bir günü Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində təşkil olunub, burada məktəblilər hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olublar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradıb.  
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən  dərslər, müxtəlif mövzularda məşğələlər keçirilib. Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin qonaqlar, şagirdlərin birgə ifası ilə başlanıb.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulayıb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. Düşərgədə istirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışıb, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulayıblar. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və  istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilib, konsert proqramı təşkil olunub. Düşərgə uşaqların xatirində silinməz izlər buraxıb, maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info