Münasib işlərlə təmin olunanların 35,5 faizini gənclər təşkil edir
Tarix: 27.07.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gənclərə yönəlib. Cari ilin 6 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin təqribən 15 min 800-ü (35,5 faiz) gənclərdən ibarət olub. Haqqı ödənilən ictimai işlərə cəlb olunanların 156 nəfərini (28,4 faiz), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin 632 nəfərini (55,7 faiz) gənclər təşkil edib.
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.İşçilərin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan hazırlıq və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1253 nəfəri (65 faiz) gənclər olub.Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. ƏƏSMN-in 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin ötən dövründə bu təbəqədən olan 200-dək gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunların işəgötürənlərlə əlaqələr qurmasına, onlara öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb.Gənclərin məşğulluğunun təminatı yönündə ölkəmizdə aparılan işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu ilin may ayında Beynəlxalq Əmək Təşkilatının İsveçdə təşkil etdiyi konfransda gənclərin məşğulluğu sahəsində MDB-də ən yaxşı iş təcrübələri üzrə keçirilən müsabiqədə Azərbaycan birinci yerə layiq görülüb. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Əmək Təşkilatının diplomu təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info