“Müxalifət hakimiyyətdə olduqda o qədər bulaşıb ki, heç bir mənəvi üstünlüyü yoxdur”
Tarix: 12.03.2013 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


“Eləcə də dəfələrlə müxalifət kimi seçkilərə gedəndə də
kütləni aldadıblar”


Nəzəri baxımdan müxalifət iqtidarla rəqabət apara bilməsi və cəmiyyətin diqqətini cəlb etmək gücündə olması üçün bir sıra üstünlüklərə malik olmalıdır. Belə ki, iqtidarın malik olduğu resurslar müqabilində müxalifətin bu cür alternativ üstünlükləri bir sıra göstəricilərlə xarakterizə edilir. Bu göstəricilər arasında, təmiz reputasiya, zəkavi fərqlənmə, mənəvi üstünlük, müxalif başçıların harizmatikliyi və sair olmalıdır. Amma faktiki olaraq Azərbaycan siyasi arenasına nəzər yetirdikdə, biz həmin üstünlüklərin heç birini Azərbaycan müxalifətində görmürük. Müxalifət bütün bu üstünlüklərdən məhrumdur.

Bu barədə “Palitra” ilə fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadə öncə müxalifətin hazırkı fəaliyyətini belə belə qeyd edir: “Real imkanlar baxımından Azərbaycanda müxalifətin heç bir resursu yoxdur. İndi də bir-birilərilə “vahid namizəd” məsələsində çəkişirlər. Məncə, bu əsassızdır. Birinci olaraq seçki prosesindəki məsələlərin nizamlanmasına çalışmalıdırlar. Səsvermə nəticələrini sübut edən sənədlərin əldə olunma mexanizmini işləyib hazırlasınlar və sair. Ondan sonra bu namizəd məsələsi ilə bağlı fikirlərini bildirə bilərlər”.
Zərdüşt Əlizadə qeyd etdi ki, hazırda hakimiyyət özünün bütün imkanları ilə cəmiyyətdə üstünlüyə malikdirsə, müxalifət də buna alternativ olaraq cəmiyyətdə mənəvi üstünlüyə malik olmalı idi. Amma müxalifət bu mənəvi üstünlükdən də məhrumdur: “Təəssüf ki, Azərbaycan müxalifəti bu cür mənəvi üstünlükdən məhrumdur və iqtidarın bütün inzibati, maliyyə və sair üstünlüklərinin qarşısında mənəvi baxımdan da əliyalındır. Çünki onlar hakimiyyətdə olduqları vaxtlarda o qədər bulaşıblar, o qədər səhvlər ediblər ki, indi bu cür mənəvi üstünlüyə malik ola bilməzlər. Eyni zamanda da müxalifətdə olduqları dövrdə də o qədər cinayətlər törədiblər ki, onların bu üstünlüyü yoxdur. Ona görə də birmənalı olaraq belə düşünürəm ki, müxalifət mənəviyyat baxımından hakimiyyətdən üstün deyil”.
Müxalifətin ikinci qeyri-maddi və qeyri-maliyyə üstünlüyü isə onun hakimiyyətdən zəka üstünlüyü olmalı idi ki, bu da müxalifətdə yoxdur. Az-çox zəkalı, şüurlu insanlar belə müxalifətin yanında durmaq istəmir. Bu baxımdan ancaq kütlə onların ardınca gedə bilərdi. Halbuki kütləni də o qədər aldadıblar ki, kütlə də onlardan bezib. Onlar kütləni hakimiyyətdə olduqları dövrlərdə o qədər aldadıblar ki, artıq heç bir nömrə yerimir. Eləcə də dəfələrlə müxalifət kimi seçkilərə gedəndə də kütləni aldadıblar”.
Politoloq qeyd etdi ki, bütün bunlara görə də kütlə onlara inanmır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info